Florida ağ dovşanı — Nisbətən kiçik bir dovşan növüdür və ilkin olaraq laboratoriya üçün və ya kiçik ətlik dovşan kimi yetişdirilmişdir. Onlar tamamilə ağ rəngdədir və heç bir əlavə işarəyə malik deyillər, həmçinin albino qırmızı gözlərə sahibdirlər. Bu növ, "Amerika Dovşan Yetişdiriciləri Assosiasiyası" (ARBA) tərəfindən tanınmışdır.

Təsvir

Onlar kompakt bədən quruluşuna, möhkəm ətlə, kiçik sümüklərə, kiçik baş və ayaqlara malikdirlər. ARBA tərəfindən təqdim olunan Florida Ağ Standartı, bu növün qiymətləndirilməsində istifadə olunan bal sistemini təsvir edir. Xəzləri ağ rəngdədir, yaxşı sıxlıq və toxumaya malikdir. Onlar kompakt, ətli bədən, qısa boyun və kiçik başa sahibdir. Florida ağ dovşanları ümumiyyətlə sakit, yaxşı xasiyyətli, mehriban və rahat heyvanlardır. Bu növ ümumiyyətlə möhkəm və sağlamdır. Onların orta ömür müddəti 5-8 ildir.

İstinadlar

Xarici keçidlər Florida White Breeder's Association Florida White Rabbit Breed History

Kateqoriya:Dovşanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar