Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi — Azərbaycanın Türkiyədə diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını Türkiyədə təmsil edir.

Azərbaycanın Türkiyədə hazırkı fövqaladə və səlahiyyətli səfiri Rəşad Aslanovdur.Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib 08.09.2026

Tarixi Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.

Türkiyənin Azərbaycanda səfirliyi 1992-ci ilin yanvarında, Azərbaycanın Türkiyədəki səfirliyi 1992-ci ilin avqustunda açılıb.Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi Hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan parlamentində ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası qrup fəaliyyət göstərir. Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir.

Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri ilbəil daha da inkişaf etməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və s. sahələrdə çox uğurla inkişaf edir.

Azərbaycanın Türkiyədə səfirləri Azərbaycanın Türkiyədə səfiri Azərbaycan Respublikasını Türkiyədə təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Azərbaycan Xalq Cümhuriyyəti Səfir Müddət başlanğıcı Müddətin sonu Əlimərdan bəy Topçubaşov 1918 1919 Y. Vəzir Çəmənzəminli 1919 1920 Xəlil bəy Xasməmmədov 1920 İbrahim Əbilov 1921 1922

Azərbaycan Respublikası Səfir Müddət başlanğıcı Müddətin sonu Məmməd Əliyev 1992 2005Zakir HəşimovAZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRİ ETİMADNAMƏSİNİ MAKEDONİYA PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR 2005 2010 Faiq BağırovF.N.BAĞIROVUN AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2010 2017 Xəzər İbrahim 2017 2021 Rəşad Məmmədov 2021 2026 Rəşad Aslanov 2026

Konsulluqlar İstanbul Baş konsulluğu — 1993-cü ildə açılmlşdır Qars Baş konsulluğu — 2004-cü ildə təsis edilmişdir

Həmçinin bax

Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı Türkiyənin Azərbaycandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Embassy of Azerbaijan, Ankara

Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Azərbaycanın Türkiyədəki səfirləri Kateqoriya:Azərbaycan–Türkiyə münasibətləri Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti