Dishidroz və ya pomfoliks (" – tərləmə, "osis" – proses, yəni " tərləmə prosesi") — əsasən əllərin və ayaqların dərisini zədələyən, simptomları ekzemanı xatırladan və dəridaxili şəffaf qabarcıqların yaranması ilə müşayiət olunan dəri xəstəliyidir. Əvvəllər bu xəstəliyin tər vəzilərinin axarlarının tutulması ilə əlaqəli olduğu düşünülürdü. Sinonimləri: su xəstəliyi, dishidrotik ekzema, pomfoliks, disgidrotik dermatit.
Etiologiyası Baxmayaraq ki, xəstəlik ilk dəfə 1873-cü ildə təsvir edilmişdir, onun etiologiyası (yaranma səbəbləri) hələ tam müəyyən olunmayıb. Dishidroz adətən qida və ya dərman mənşəli toksidermiya ilə əlaqəli allergik reaksiya kimi qiymətləndirilir. Bəzi hallarda bu reaksiya nikelə qarşı həssaslıqla bağlı olur. Bu çoxfaktorlu (polietioloji) pozuntu tez-tez stresdən sonra inkişaf edir və bu zaman irsi meyillilik ilə birlikdə mühit amillərinin mənfi təsiri mühüm rol oynayır.
Klinik təzahürləri Xəstəlik adətən epizodik olaraq özünü göstərir.Viruses show new promise in treating cancer Medical Xpress. September 13, 2018 Bir neçə saat davam edən kəskin qaşınmadan sonra dəridə parlaq çəhrayı rəngli, maye ilə dolu qabarcıqlar əmələ gəlir. Qabarcıqlar ən çox ovuclarda, dabanlarda, əl və ayaq barmaqlarının yan hissələrində müşahidə olunur. Təxminən iki həftə sonra zədələnmiş dəri ağrılı şəkildə qabıq bağlayaraq soyulmağa başlayır. Bu mərhələdə dəridəki zədələnmələr çox vaxt ikincili infeksiyaya yol açır.
Müalicə right|200px|thumb|Əlin dishidrozunun proqressiv forması. Çatlamış və soyulan dəri görüntüsü. Əsas olan diferensial diaqnostikadır (dərinin soyulması və ayrılması qızdırmalı boğmaca (skarlatina) simptomu daola bilər). Adətən kliniki müayinə, bədənin allergiyaya qarşı vəziyyətinin müəyyənləşdirilməsi və həzm traktının vəziyyəti araşdırılır.
Müalicədə ilk növbədə lokal kortikosteroidlərdən istifadə olunur. Simptomların nəzarəti və yüngül sedativ təsir üçün oral yolla antihistamin preparatları da tətbiq edilir. Həmçinin, nəm saxlayan vasitələr faydalı təsir göstərir. Qidalanma rasionundan qlütensaxlayan məhsulların çıxarılması da tövsiyyə olunur.
İstinadlar
Keçidlər
Rus dilində Общие сведения
İngilis dilində Dyshidrotic eczema at MedlinePlus Images of dyshidrotic eczema at VisualDxHealth MedAdvice.com Pompholyx at DermNet NZ (New Zealand Dermatological Society Incorporated) Yahoo! Support Group Comprehensive Site by a long-time sufferer, updates often Information, advice and shared experiences for Pompholyx sufferers
Kateqoriya:Dəri xəstəlikləri Kateqoriya:Dermatologiya Kateqoriya:Xəstəliklər və pozuntular