Kuril Bobteyli — Rusiyanın Kuril adaları, Saxalin adası və Kamçatka yarımadasından törəmiş bir pişik növü.
Mənşəyi
Bu yeni növ öz doğma ərazilərindən kənarda çox tanınmır. Yaponiyanın Hokkaydo adasından Rusiyanın ən şərq nöqtəsinə qədər uzanan Kuril adaları zəncirində uzun tarixə malik olsa da, bu növ əsasən Rusiyaya məxsus hesab edilir və "Yapon Bobteyli"ndən ayrı və fərqli bir Rusiya yerli növü kimi inkişaf etdirilir və təqdim olunur. Növün mənşəyi haqqında bir neçə versiya var. Əsas mənşə versiyasına görə, bu növ, dənizçilər tərəfindən Kuril adalarına gətirilən Sibir pişikləri ilə Yapon Bobteyllərinin qarışığı nəticəsində yaranıb. Növ, 1994-cü ildə "WCF" tərəfindən qəbul edilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya məməliləri Kateqoriya:Rusiya mənşəli pişik cinsləri Kateqoriya:Təbii pişik cinsləri