Ojos Azules (ispan dilində: [ˈoxos aθˈules], "Göy Gözlər") — qeyri-adi göy gözlərə sahib, qısa tüklü ev pişiklərinin bir növü.

Tarix 1980-ci illərdə Nyu-Meksikoda vəhşi pişik populyasiyaları arasında tünd göy gözlü pişiklər aşkar edildi. 1984-cü ildə bu xüsusiyyətə malik ilk pişik, "Cornflower" adlı bir pişik idi. O, bu xüsusiyyətə malik olmayan erkək pişiklərlə cütləşdirildi və bütün balalarında bu xüsusiyyətin dominant olduğu müəyyən edildi. Bu irq Ojos Azules adlandırıldı ki, bu da ispan dilində "göy gözlər" mənasını verir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri