Amber qalası və ya Amber qəsri — Hindistanda yerləşən Racastan ştatının Amber qəsəbəsində yerləşən bir qaladır. Amber Racastan əyalətinin paytaxtı olan Caypurdan aralıda yerləşən və 4 km² (1.5 mi²) ərazisi olan bir qəsəbədir. Amber şəhəri və Amber qalası eramızın 967-ci ilində raca Alan Sinq Mena tərəfindən tikilmiş və daha sonra isə kaçavaha racputları tərəfindən idarə olunmuşdur. Bir təpənin üstündə yerləşən bu tikili Caypurun əsas turistik cazibə mərkəzi hesab olunur. Amber qalası bədii üslub elementləri ilə məşhurdur. Geniş divarları, qapıları və daş yolları ilə qala Amber sarayının əsas su mənbəyi hesab olunan Maota gölünə baxır.
2013-cü ildə Kambocanın Pnompen şəhərində təşkil edilmiş Ümumdünya İrsi Komitəsinin 37-ci illik sessiyası zamanı Racastanda yerləşən digər dörd qala ilə bərabər Racastan təpə qalaları adlı bir kimi YUNESKO-nun Dünya İrsi elan edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Kateqoriya:Hindistandakı ümumdünya irsi Kateqoriya:Hindistandakı qalalar