right|thumb|250x250px|Mehranqarh qalası

Mehranqarh () — Hindistanın Racastan əyalətinin şimal-qərb hissəsində yerləşən möhkəmləndirilmiş tikilidir. Qala Mərvar adlı yüksək qayalıqların üstündə yerləşir və bu qayalıqlar 5 km uzunluğunda bir yol ilə yaxınlıqdakı Codhpur şəhərinə birləşir, eyni zamanda da bu qayalıqlardan həmin şəhəri müşahidə etmək mümkündür.

1459-cu ildə Codhpur şəhərinin əsasını qoymuş olan raca Rao Codha eyni zamanda da, bu qalanın inşası haqqında əmr vermişdir. Qalanın bəzi hissələrinin tikintisi maharaca Casvant Sinqhin (1638-1678) hakimiyyəti dövrünə təsadüf edir. 1943-cü ilə qədər Mehranqarh qalasında hakim Racput ailəsinin nümayəndələri yaşamışdırlar.

Qalanın yerləşdiyi yayla üç hissədən ibarətdir: yaylanın şimal-qərb hissəsində saray, sarayın şərq hissəsində böyük terras və cənubunda möhkəmləndirilmiş hissə yerləşir.

Qalereya

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

SuryanagariJodhpur by Prem Bhandari Maharaja Umaid Singhji by Prem Bhandari Paintings from the royal collection of the Mehrangarh Museum Trust, Jodhpur British Museum

Xarici keçidlər

Kateqoriya:Hindistandakı ümumdünya irsi Kateqoriya:Hindistandakı qalalar Kateqoriya:Racastandakı tikililər