Əbül-Vəlid Hişam ibn Əbdülməlik ibn Mərvan (; ) — Əməvilərin 10-cu, Mərvanilərin 7-ci xəlifəsi.
Bioqrafiyası Hicri 72-ci ildə (691) Dəməşqdə (bəzi mənbələrə görə Mədinədə) anadan olub. Atası ona Mənsur adını qoysa da anasının ona qoyduğu Hişam adı ilə tanınıb. Hicri 102-ci ildə vəliəhd təyin edilib. 724-cü ildə qardaşı II Yezidin ölümündən sonra Hişam xəlifə elan edildi. O, Əməvi dövlət aparatını gücləndirməyə və islahatlar aparmağa çalışdı. Hişam intizamlı və sərt bir idarəçiydi. Vergi sistemini təkmilləşdirdi, orduda nizam-intizam yaratdı və mədəni inkişafı təşviq etdi. Ərəb ədəbiyyatına, xüsusilə də poeziyaya maraq göstərmişdi. Onun dövründə Bizansa qarşı böyük yürüşlər təşkil edildi, lakin bu yürüşlər çox zaman uğursuz nəticələnirdi. 740-cı ildə Mərakeşdə baş vermiş Bərbər üsyanı Əməvilər üçün ciddi təhlükəyə çevrildi. Türkistan və Xorasan istiqamətində də müharibələr aparıldı.
Hişamın dövründə məzhəbi və etnik gərginliklər artmışdı. Ərəb olmayan müsəlmanlara (məvalilər) qarşı ayrı-seçkilik davam edirdi. Bəni Haşim və Əli tərəfdarları (şiələr) Əməvi hakimiyyətinə qarşı narazılıq içində idilər.
743-cü ildə vəfat etdikdən sonra Əməvi xilafəti zəifləməyə başladı. Ondan sonra gələn xəlifələr ölkədəki böhranı idarə edə bilmədi və nəticədə, 750-ci ildə Əməvi xilafəti Abbasilər tərəfindən devrildi.
Zeyd ibn Əli üsyanı Əli oğullarından Zeyd ibn Əli onun dövründə üsyan qaldırmışdır. Üsyanın baş verməsinə səbəb olan əsas amillərdən biri Əməvi hakimiyyətinin zalım və ayrı-seçkilikli idarəetməsi idi. Ərəb olmayan müsəlmanlara qarşı olan təzyiqlər, Əli tərəfdarlarının sıxışdırılması və ümumi ədalətsizlik mühiti Kufə əhalisi arasında narazılığı artırmışdı. Zeyd, bu şəraitdə xalqın çağırışı və təhriki ilə Əməvilərə qarşı üsyan qaldırmağa qərar verdi.
Hicri 122-ci ildə (740), Zeyd ibn Əli Kufədə üsyan qaldırdı. Başlanğıcda təqribən 15 min nəfərin ona beyət etdiyi bildirilir. Lakin Əməvilərin Kufə valisi Yusif ibn Ömər əs-Səqəfi vəziyyəti nəzarətə alaraq tezliklə üsyanı yatırdı. Əməvi qoşunları ilə baş verən döyüşdə Zeyd ağır yaralanaraq həlak oldu. Zeydin və oğlu Yəhyanın ölüm xəbəri Hişama dərindən təsir edir. Rəvayətə görə onların ölüm xəbərini alan Hişam belə demişdir:
Vəqidi bu haqda bunları qeyd edir: Bu rəvayət, Hişam ibn Əbdülməlikin təbiətcə qan tökülməsinə qarşı olduğunu və Zeyd ibn Əlinin ölümünü istəmədiyini, lakin buna baxmayaraq, üsyanın nəticələrinin qarşısını almağa çalışmadığını da göstərir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Difteriyadan ölənlər Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:VIII əsr Avropa monarxları