Milvus aegyptius (Sarıdimdik çalağan) — Afrotropik bölgədə yayılmış və ən çox qara çalağanın (Milvus migrans) yarımnövü kimi qəbul edilən quş növü. Lakin DNT tədqiqatları göstərir ki, sarıdimdik çalağan Avrasiya qrupundakı qara çalağanlardan əhəmiyyətli dərəcədə fərqlənir və ayrı, allopatrik növ kimi qəbul edilməlidir.

Taksonomiya

Sarıdimdik çalağan, 1788-ci ildə alman təbiətşünası İohann Fridrix Gmelin tərəfindən Karl Linneyin "Systema Naturae" əsərinin yenilənmiş və genişləndirilmiş nəşrində rəsmi şəkildə təsvir edilmişdir. Gmelin quşun Misirdə tapıldığını qeyd edərək onu qartallar, qızılquşlar və onların qohumları ilə birlikdə Falco cinsinə aid etmiş və "Falco aegyptius" binominal adını vermişdir. Qeyri-adi olaraq, Gmelin məlumat üçün heç bir mənbə göstərməmişdir. Sarıdimdik çalağan indi fransız təbiətşünası Bernard Jermen de Laseped tərəfindən 1799-cu ildə təqdim edilmiş "Milvus" cinsinə aid olan üç çalağan növündən biridir. Page numbering starts at one for each of the three sections.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Afrika quşları