Midnight Club 3: Dub Edition — "Rockstar San Diego" tərəfindən hazırlanmış və "Rockstar Games" tərəfindən satışa çıxarılmış 2005-ci ilin yarış videooyunu. "Midnight Club" seriyasında üçüncü buraxılış olan bu oyun, realistik fizika və avtomobil idarəetməsindən yan keçərək, əsas diqqəti sürət həvəskarlarının ürəyincə olan dinamik yarışlara yönəldir. "DUB Magazine" ilə yaradılan tərəfdaşlıq sayəsində oyunda bu nəşrin sponsorluğu ilə keçirilən yarışlar təşkil edilir və qalib gələn oyunçular DUB üslubunda hazırlanmış avtomobillərlə mükafatlandırılır.
Oyun San-Dieqo, Atlanta və Detroyt şəhərlərinin açıq dünyasında cərəyan edir. Oyunçular hip-hop, rok və digər janrların yer aldığı 98 (Remix versiyasında 124) lisenziyalı musiqi parçası sədaları altında yol qət edir. Müəyyən obyektlərlə toqquşduqda və yaxud bəzi yol hissələrindən keçdikdə maraqlı qrafik təsvirlər özünü göstərir. Avtomobilin zahiri görünüşünü dəyişmək imkanı ilə bərabər, texniki göstəricilərini də təkmilləşdirmək mümkündür (yalnız "A" sinfinə aid olmayan qeyri-motosiklet nəqliyyat vasitələri üçün). "Midnight Club" seriyasında lisenziyalı avtomobillərdən ilk dəfə məhz "Midnight Club 3: Dub Edition"da istifadə edilib. 2006-cı ilin mart ayında oyunun yenilənmiş versiyası olan "Midnight Club 3: Dub Edition Remix" təqdim edilib. Bu versiyada yeni avtomobillər, yarışlar və musiqi parçaları əlavə olunub. Bundan başqa, "Midnight Club II"dəki Tokio xəritəsinin dəyişdirilmiş variantını əhatə edən "Tokyo Challenge" adlı rejim də oyuna daxil edilib.
İstinadlar
Kateqoriya:2005-ci ilin videooyunları
Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Birləşmiş Krallıq videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Xbox videooyunları Kateqoriya:PlayStation 2 videooyunları Kateqoriya:PlayStation Portable videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Take-Two Interactive oyunları Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Ləğv edilmiş Windows videooyunları