Toni Vodişek (; ) — sloveniyalı kaytsörfinq ustası. O, 2022-ci ilin Dünya çempionu, 2024-cü il Yay Olimpiya Oyunlarında ilk kişilər arasında kaytsörfinq yarışında finala yüksələrək, gümüş medal qazanmışdır. Həyatı Toni Vodişek 7 iyun 2000-ci ildə Sloveniyanın İzola şəhərində anadan olub. Onun atası da kaytsörfinq ilə məşğul olub və ölkədə bu idman növünün qabaqcıllarından sayılır. 2012-ci il Yay Olimpiya Oyunlarında iştirak etmək üçün namizədlərdən biri sayılsa da, o zaman kaytsörfinq Olimpiya proqramına salınması məsələsi həll edilirdi, lakin o, zədə aldığından idman karyerasını bitirmək məcburiyyətində qalıb. Toni doqquz yaşından etibarən sərbəst yarışlarda iştirak etməyə başlayıb. İdmançı qeyd edir ki, atası yarışa davam edə bilməyəndə qarajda olan avadanlıqlarını ona göstərərək: "Növbə səndədir!" demişdi.

2015-ci ildə 15 yaşlı Vodişek yeniyetmələr arasında Avropa və Dünya Çempionatında gümüş medal qazandı. 2015-ci ildə isə Yelkənli İdman üzrə Dünya Kubokuna vəsiqə qazanaraq, Debüt mövsümündən sonra Toni "Formula Kite" sinfində bu yarışın finalına yüksəlib. 2016-cı ildən 2018-ci ilə qədər o, ardıcıl olaraq üç dəfə Avropa və yeniyetmələr arasında dünya çempionatının qalibi olub, həmçinin böyüklər arasında yarışlarda 2017-ci il Dünya Çempionatında altıncı, 2018-ci ildə isə Dünya Kubokunda yeddinci yerin qalibi olub. Vodişek 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Sloveniya komandasının tərkibində çıxış edərək, açılış mərasimində ölkəsinin bayraqdarı olub və eyni zamanda gümüş medal qazanıb.

2019-cu ildə Vodişek böyüklər arasında Avropa Çempionatında kaytsörfinq yarışında gümüş medal qazandı ki, bu da Sloveniya tarixində bu turnirdə ilk medal oldu. 2020-ci ildə bacısı Marina ilə birlikdə qarışıq komandalar arasında Avropa Çempionatında iştirak edən cütlük 10-cu yerin qalibi oldu. 2022-ci ildə o, həm Avropa çempionu (müsabiqənin qalibi Sinqapur idmançısı idi, ona görə də çempionluq titulu avtomatik olaraq Avropanın ən yaxşısı, ikinci yeri tutan Toni Vodişekə verildi) və ilk dəfə Dünya çempionu oldu.

2023-cü il Dünya Çempionatında ikinci yeri tutaraq, Toni Vodişek Formula Kite Oyunlarda, debüt etdiyi 2024-cü il Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Olimpiadada finala yüksələn Toni, finalda yalnız avstriyalı Valentin Bontusa uduzaraq gümüş medal qazanıb. Olimpiya Oyunlarının bağlanış mərasimində Sloveniya nümayəndə heyətinin bayraqdarı Toni Vodişek və qolfçu Pia Babnik olub.

İstinadlar

Kateqoriya:2024 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar