Əhməd Hülusi Aladaş (; ) — türk siyasətçi.Mehmet Karayaman, “Beyşehirli Bir Hekim ve Devlet Adamı Doktor Hulusi Alataş”, Selçuk Üniversitesi Beyşehir Meslek Yüksekokulu I. Uluslararası Beyşehir ve Yöresi Sempozyumu Bildiriler Kitabı, Konya, 2006, s. 390-392 Türkiyə Cümhuriyyəti tarixində Rəfiq Saydam (12 il) və Rəcəb Akdağdan (10 il) sonra ən uzun müddət səhiyyə naziri olaraq xidmət edən siyasətçidir.

Həyatı 1882-ci ildə Konya Beyşəhərdə Hacı Hafiz Əhməd Fəvzi bəy və Əminə xanımın ailəsində dünyaya gəldi. Özündən yaşca kiçik Kamal, Sahirə, Şəhibə və Mehmed adlı bacı-qardaşı vardı.İhsan Güneş, Türk Parlamento Tarihi TBMM - V. Dönem 1935-1939, Cilt 2, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 2001, s. 65 6 yaşından etibarən İzmirdə olan Hülusi bəy ilk və orta təhsilini burada aldı.İzmir Atatürk Lisesi Eğitim Vakfı, “Mezunlarımız” 1901-ci ildə Hərbi Tibb məktəbinə daxil oldu və 16 noyabr 1907-ci ildə həkim kapitan rütbəsilə buradan məzun oldu.Mehmet Zeki Pakalın, Türkiye Teracimi Ahval Ansiklopedisi, İstanbul, 1929, s. 86Melih Tınal, “Mekteb-i İdadiden Günümüze İzmir Atatürk Lisesi”, Dokuz Eylül Üniversitesi Buca Eğitim Fakültesi Dergisi, Sayı 24, 2008, s. 133“İzmir Lisesi’nde Büyük Bayram”, Anadolu, 11 Ekim 1938, s. 8

Hərbi təliminin ardından Bəsrə və Bağdadda hərbi xidmətə yollandı. Balkan müharibələri illərində hospital baş həkimi, Birinci Dünya Müharibəsi illərində isə təbib-müşavir və ordu təbib rəisi kimi fəaliyyət göstərdi. 1918-ci ildə kaymakam rütbəsinə yüksəldi və bu illərdəki fəaliyyətləri səbəbilə medallarla təltif olundu. Mütarəkə dövründə işğal altındakı İstanbula yollandı və burada Hərbi Tibb Məktəbinin müdiri təyin edildi. 1921-ci ilədək bu vəzifədə qalan Hülusi bəy ətrafına topladığı təbiblərlə birlikdə gizlicə Anadoluya getdi və Mustafa Kamal Paşanın yenicə başlatdığı Milli Qurtuluş Hərəkatına qatıldı.

Milli Qurtuluş Hərəkatı boyunca baş təbib və I Ordu təbib rəisi kimi xidmət edən Hülusi bəy 30 avqust zəfərinin ardından polkovnik rütbəsinə yüksəldi. Ancaq 1923-cü ilin oktyabrından etibarən öz istəyilə hərbi həkimlikdən ayrıldı və İzmirə qayıdaraq fərdi həkim kimi fəaliyyət göstərməyə başladı. Bu illərdə Qızıl Aypara cəmiyyəti üzvü olan Hülusi bəy 1925-1935-ci illərdə İzmir Liman İşləri idarəsində müdir kimi çalışdı.Engin Berber, Rumeli’den İzmir’e Yitik Yaşamların İzinde, İzmir Büyükşehir Belediyesi Kent Kitaplığı, İzmir, 2002, s. 32-33 1927-1930-cu illərdə İzmir bələdiyyə rəisi olan Hülusi bəy bu dönəmdə şəhərin bərpası üçün əlindən gələni əsirgəmədi. O illərdə tüğyan edən Böyük böhran səbəbilə iqtisadi tarazlığı qorumağa çalışdı. Uzun zamandır əziyyət çəkdiyi xəstəlik səbəbilə 1930-cu ilin iyununda bələdiyyə rəisliyindən istehfa etdi.

1936-cı ildə keçirilən seçkilərə qatıldı və Aydın millət vəkili olaraq TBMM-yə üzv seçildi. 1937-ci ilin oktyabrında qurulan I Bayar hökumətində Səhiyyə naziri olaraq təyin olundu. 1945-ci ilədək bu vəzifəsini davam etdirdi.T.C. Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı Başbakanlık Cumhuriyet Arşivi (BCA), Fon No (FN): 30.10.0.0, Yer No (YN): 14.80.8“Kabinede Değişiklik”, Ulus, 19 Ocak 1945, s. 1 1946-cı ildə keçirilən seçkilərdə iştirak etdi və Konya millət vəkili olaraq yenidən TBMM-yə üzv seçildi. 1950-ci ilədək millət vəkilliyi davam etdiMustafa Çufalı, Türk Parlamento Tarihi TBMM - VIII. Dönem (1946-1950), Cilt 3, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 2012, s. 271 və bu tarixdə siyasətdən ayrılaraq Ankaraya çəkildi.

İzmirdə keçirdiyi günlərdə tanış olduğu Məryəm Zərrin xanımla evlənən Hülusi Aladaşın bu evlilikdən qızı Terim Serozan və oğlu memar Yalçın Aladaş adlı 2 övladı dünyaya gəldi. Bundan başqa xanımının ilk evliliyindən Gühər Arar adlı bir qızına da atalıq edən Hülusi Aladaş 29 mart 1964-cü ildə gecə saatlarında Ankarada vəfat etdi. Cənazəsi 31 martda Ankara Əsri məzarlığına dəfn olundu.“Büyük Bir Kayıp”, Cumhuriyet, 31 Mart 1964, s. 3

Qalereya

Mənbə

Ədəbiyyat

Dr. Ahmet Hulusi Alataş'ın Hayatı (Askerî ve Siyasî Faaliyetleri). Selahattin Bayraktar. Yüksek Lisans Tezi. TC Mimar Sinan Güzel Sanatlar Üniversitesi. 2021

İstinadlar