Birtəhər keçinmək sənəti () — 2011-ci ildə ekranlara çıxmış ABŞ romantik komediya-dram filmi.
Təsvir Məktəbin son sinfində oxuyan, bu vaxtacan əlinə zəhmət görməmiş, içinə qapanıq Corcla məktəbin üzügülər, amma daxili aləmi qarışıq Sallinin yolu kəsişir. Qız oğlanın simasında sanki öz əksini görür.
"İnsan dünyaya təktənha gəlir, təktənha köçür, qalan hər şey illüziyadır" fəlsəfəsini həyat kredosuna çevirən Corc dərs-məktəb məsələlərinə burnunun ucundan baxır. Amma Salli peyda olandan bəri oğlanın məktəbə yolu düşür, adamlarla ünsiyyət qurur. Hələ ki qıza olan meylini etiraf etməyə cürəti çatmasa da, içində nəsə baş verəcəyinə ümid bəsləyir. Direktor və rəsm müəlliminin köməyi ilə məktəbin məşhur məzunu, indi adlı-sanlı rəssam kimi tanınan Dastinlə tanış olur. Dastin ona həyatda düzgün istiqamət verə bilərdi, ancaq başına gələn olaylar Corcu elə hala salır ki, məktəbi bitirib-bitirməyəcəyi də sual altına düşür.
Rollarda
İstinadlar
Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Dramlar Kateqoriya:Fox Searchlight Pictures filmləri Kateqoriya:2010-cu illərin orta məktəb filmləri