Əhməd Hüseyn əş-Şaraa (; ), həmçinin Əbu Məhəmməd əl-Colani () hərbi ləqəbi ilə tanınır — 2017-ci ildən Suriyada vətəndaş müharibəsində iştirak edən fəal üsyançı, inqilabçı, hərbi lider və siyasətçilərdən biri, Bəşər Əsədin devrilməsindən sonra, 29 yanvar 2025-ci ildən keçid dövründə Suriya Prezidenti.
Həyat Təhrir əş-Şam təşkilatının rəhbəri olaraq 2017–2025-ci illərdə Suriya müxalifətinin Əsəd rejiminin süqutuna gətirib çıxaran hərəkatında və Suriya müvəqqəti hökumətinin yaradılmasında əsas rol oynamışdır. Əş-Şaraa Əsədin devrilməsindən sonra prezident postuna təyin olunanadək ölkənin faktiki lideri olmuşdur.
Erkən illəri O, 2012–2017-ci illərdə Əl-Qaidənin Suriyadakı qolu olan "Nusra Cəbhəsi"nin lideri olub. Əl-Cövlani haqqında çox az məlumat var. Əbu Məhəmməd əl-Cövlani onun həm adı həm də ləqəbidir və İordaniya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, onun əsl adını yalnız "Əl-Qaidə"nin yüksəkrütbəli üzvləri bilir. Amma bir çox mənbələrə görə onun əsl adı Əhməd Hüseyn əş-Şər-dir. (). Doğulduğu il və yer dəqiq məlum deyil, lakin Colani adı Qolan təpələrinə aiddir. O, 2003-cü ildə İraqda Amerika qüvvələri ilə döyüşmək üçün bu ölkəyə gedib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əl-Qaidə üzvləri Kateqoriya:Suriya prezidentləri Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:İraq müharibəsi iştirakçıları Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Əmirlər