Yatan qız () — eyniadlı pyes əsasında 2015-ci ildə çəkilmiş sürrealist Avstraliya filmi.
Təsvir Filmdə hadisələr 1970-ci illərdə Avstraliyada cərəyan edir. Qreta Driskol – yeni şəhərdə, yeni məktəbində ilk gününə başlayan 14 yaşlı qızdır. İlk dərs günündə onunla Eliot adlı nəşəli oğlan uşağı arasında bağlılıq yaranır. Həmin andan dostlaşırlar. Üstəlik bir qrup gənc qız da, onu tək qalmasın deyə öz aralarına soxurlar. Ancaq Qreta bu qızların heç birini xoşlamır.
Nədənsə Qretanın anası elə bilir ki, qızının məktəbdə yol-yoldaşı yoxdur. O, bununla əlaqədar qızının on beşinci ad günü şənliyinə bütün məktəbi dəvət etmək istəyir. Qreta əvvəlcə bu fikrə qarşı olsa da, sonradan həvəssiz razılıq verir. Lakin qonaqlar artıq toplaşdıqda işlər Qretanın arzuladığı kimi getmir.
Rollarda Bethany Whitmore Harrison Feldman
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Avstraliyanın dram filmləri Kateqoriya:Adelaidada çəkilmiş filmlər Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:2015-ci ilin rejissor debütləri