Tütəpeştə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Səpnəkəran kənd ərazi vahidinin Tütəpeştə kəndi Şürük kənd ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Coğrafi adın tərkibindəki tü talış dilində "tut ağacı", "ə" birləşdirici sait və peştə isə "təpə" deməkdir (Tut ağacı təpəsi).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı"peştə" sözü təpə kimi yox (təpə-"küü" kimi tərcümə olunur. Məsələn, Küüsə, yəni təpənin başı, zirvəsi -indi Kosalar adlandırılan kənd, yaxud Syo Küü-qara təpə), bel kimi tərcümə olunur.Odur ki, kəndin orijinal adı — Tüə peştə, Azərbaycan ədəbi dilində Tutlu bel (analogiya üçün — Çənli bel).
Din Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri