Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır.

Tarixi

Tarixi abidələri Kənddə XIII-XIV əsrlərə aid Qabaqtəpə kilsəsi mövcuddur.

Coğrafiyası və iqlimi Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993041661382009↘289↘158↘131

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Mədəniyyəti Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi, Qabaqtəpə kənd xəstəxanası fəaliyyət göstərir.

Təhsil Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Qabaqtəpə kənd sahə xəstəxanası yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri