Four Roses — Kentukki ştatının Lourensberq şəhərində istehsal olunan burbon viskisi brendi. Onun istehsal olunduğu zavod 1910-cu ildə tikilib və Old Prentice Distillery adı ilə ABŞ-ın Tarixi Yerlərinin Milli Reyestrinə salınıb. Şirkətin yaşlandırma və qablaşdırma əməliyyatları üçün nəzərdə tutulmuş anbarı Kentukki ştatının Koks-Krik şəhərindədir. Brend və onun məhsulları şirkətin 19-cu əsrin sonlarında yarandığı gündən bəri, xüsusən də firmanın 21-ci əsrin əvvəllərində Yaponiyanın Kirin Brewery Company şirkəti tərəfindən satın alınmasından sonra təkamül keçirmiş və dəyişmişdir.
Tarixi Brendin mənşəyi ilə bağlı şərhlər bir-biri ilə ziddiyyət təşkil edir. Four Roses-in sahibi Kirin Breveri brendin qurucusu kimi Pol Cons-un adını çəkir.Four Roses Bourbon History page on Four Roses brand website. Şirkət brendin adının 1888-ci ildə Cons tərəfindən ticarət nişanı olaraq qeydə alındığını və onun hələ 1860-cı illərdə istehsal olunduğunu və satıldığını iddia edib. Başqa bir şərhdə isə təsisçinin Rufus Metyuson Rouz () olduğu və brendin, ehtimal ki, Rufus Rouz, qardaşı Origen Rouz və iki oğlunun şərəfinə adlandırıldığı güman edilir. Şirkətin saytında isə Rouz soyadlı heç kimin adı çəkilmir.
1943-cü ildə Four Roses brendi Kanadanın Seagram firması tərəfindən satın alındı. Seagram təxminən 1950-ci illərin sonlarında əsas məhsulu olan qarışıq viskinin tanıdılması üçün Four Roses-in ABŞ-dəki satışını dayandırdı. Buna baxmayaraq, firma 1960 və 1970-ci illərdə Benchmark və Eagle Rare kimi başqa premium burbon viskisi brendlərini təqdim etdi. ABŞ bazarından çıxarıldıqdan sonra Four Roses burbonunun satışı o dövrdə sürətlə böyüyən bazarlar olan Avropa və Asiyaya yönəldildi. Sözügedən dövrdə ABŞ-də "Four Roses" adından firmanın daha aşağı səviyyəli bir brendi olaraq görülən qarışıq viski üçün istifadə edilmişdir. 1995-ci ildən sonra Four Roses ABŞ bazarında yenidən düz burbon viskisi kimi mövcud olmaya davam etdi. 1999-cu ildə Four Roses brendinin mülkiyyəti Seagram-dan Vivendi/Universal-a, daha sonra isə 2001-ci ildə Pernod Ricard və ardınca Diageo-ya keçdi. Brend 2002-ci ildə The Kirin Brewery tərəfindən satın alındı və şirkəti diqqəti yalnız Four Roses brendli düz burbona ayırmaq üçün qarışıq viski satışını dayandırdı.
2019-cu ilin aprel ayında Four Roses zavodlarında 2015-ci ildən başlamış 55 milyon dollar dəyərindəki genişləndirmə layihəsi başa çatdı. Layihənin tamalanması firmanın yeni məhsulu olan "Kiçik Batch Select" brendinin buraxılışı ilə üst-üstə düşdü. Bu brend son 12 ildə içki zavodunun burbon istehsal xəttinə edilmiş ilk daimi əlavə idi. Layihədə Lourensburqdakı spirt zavoduna 34 milyon dollar, Koks-Krikdəki anbar və şüşələnmə obyektinə isə 21 milyon dollar sərmayə qoyulmuşdur. Aparılan genişləndirmə nəticəsində zavodun istehsal gücü iki dəfə artmışdır.
Məhsullar Şirkət əvvəlcə ayrı-ayrı on ədəd burbon istehsal edir və daha sonra Four Roses damıtma zavodunda bu on burbon qarışdırılaraq brendin standart burbonu hazırlanır. Brendin müntəzəm istehsal edilən əsas qablaşdırmaları bunlardır:
Four Roses Bourbon: ABŞ, Kanada, Avropa və Yaponiyada satılır Four Roses Small Batch: ABŞ, Kanada və Avropada satılır Four Roses Single Barrel:ABŞ, Kanada, Avropa və Yaponiyada satılır Four Roses Small Batch Select:ABŞ və Kanadada satılır Four Roses Black: Yaponiyada satılır Four Roses Super Premium: Yaponiyada satılır Şirkət həmçinin məhdud saylı xüsusi xatirə buraxılışları da istehsal edir.
Mükafat və uğurlar Four Roses Small Batch Dünya Viski Müfakatları 2019 – Qızıl Medal – Dad "Whiskey Magazine" redaktorunun seçimi, avqust-sentyabr 2015 Four Roses Single Barrel World Whiskys Awards 2019 – Qızıl Medal – Dad Four Roses 130th Anniversary 2018 Limited Edition Small Batch Dünya Viski Mükafatları 2019 – "Dünyanın ən yaxşı burbonu" və "Ən yaxşı kentukki burbonu"
Həmçinin bax Viski brendlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Reuters-in məqaləsi
Kateqoriya:Viski brendləri