Zamanın səhvi () — rejissor Bredli Kinqin çəkdiyi elmi fantastika janrında olan filmdir. Filmdə baş rolları Daniel Panabeyker, Metyu O'Liri və Corc Finn canlandırmışdır. Filmin premyerası 18 aprel 2014-cü ildə Brüssel fantastik filmlər festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 19 sentyabr 2014-cü ildə baş tutmuşdur.
Süjet xətti
Fin, Kelli və Casper yaşayış kompleksinin xudmani mənzilində yaşayan üç dostdur. Fin komendant işləsə də, həyatını rəssamlığa həsr etmək istəyən bir oğlandır. Kelli hekayələr yazsa da, ofisiant işləməyə məcbur olan bir qızdır. Casper isə varlanmaq sevdası ilə mərc oyunlarına aludə olmuş biridir. Dostlar günlərin bir günü müəmmalı şəkildə yoxa çıxmış qonşu professorun mənzilində nəhəng fotoaparat aşkarlayırlar. Obyektivi onların qaldığı mənzilin qonaq otağına tuşlanan aparat hər gün axşam səkkiz tamamda şəkil çəkir. Aparatdan çıxan fotoşəkildə bir gün sonra baş verəcək hadisələr öz əksini tapır. Gələcəyi qabaqcadan xəbər verən sirli aparat, onların bütün xəyallarını həyata keçirə bilər. Ancaq hər növbəti foto onları qorxuya salmağa başlayır. Hətta iş o həddə gəlib çatır ki, dostlar şəxsi maraqları naminə zorakılığa əl atır, bir-birlərinə qarşı açıq düşmənə çevrilirlər. Filmin axırında dostlardan ikisi ölür, biri isə həbs edilir.
Rollarda
Tənqid
Film kino tənqidçilərindəm müsbət rəylər almışdır. Film Rotten Tomatoes saytında 15 rəy əsasında 73% reytinq əldə etmişdir. Bu da orta hesabla filmin 10 baldan 6 bal yığması deməkdir.
Metacritic-də film 5 tənqidçi rəyinə əsasən 100 baldan 50 bal əldə edə bilmişdir. Bu da "qarışıq və ya orta baxış" deməkdir.
İstinadlar
Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin zaman səyahəti filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:Rəssamlar haqqında filmlər Kateqoriya:Zaman döngüsü filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri