Kamera 211 () — İspaniyada 2009-cu ildə çəkilmiş həbsxanalar haqqında olan filmdir. Filmin rejissoru Daniel Monzon olmuşdur. Filmdə baş rolları isə Luis Tosar və Alberto Ammann ifa etmişdir. Film 2010-cu il Qoya Mükafatlarında bir çox mükafat qazanmışdır.
Süjet xətti
Alberto Ammannın canlandırdığı Xuan Oliver personajı bir gün sonra həbsxanada həbsxana nəzarətçisi kimi işə başlamalıdır. Buna görə də, həbsxana ilə tanış olmaq üçün bir gün əvvəldən həbsxanaya gəlir. Bu vaxt həbsxanada təmir gedir və digər nəzarətçilər Xuanı həbsxananın ən təhlükəli hissəsinə gətirəndə təmir sahəsindən bir daş parçası Xuanın başına düşür və o, huşunu itirir. Həbsxana nəzarətçiləri Xuanı 211-ci kamerada qoyub kömək çağırmaq üçün gedirlər. Bu vaxt Luis Tosarın canlandırdığı və həbsxananın ən təhlükəli cinayətkarı olan Malamadre kameradan qaçaraq iğtişaşlara başlayır. İğtişaşlar zamanı həbsxananın Xuan olan hissəsində bütün kameraların qapıları nəzarətsiz qalaraq açılır. Ən təhlükəli cinayətkarlar belə bu vəziyyətdən istifadə edərək kameralardan çıxırlar. Məhkumlar Xuanı görmürlər.
Malamadrenin yaxın dostlarından biri Xuanı 211-ci kamerada təsadüfən aşkar edir və Malamadreyə məlumat vermək üçün kameranı tərk edir. Bu vaxt Xuan həbsxanada üsyan qalxdığını başa düşür və onun üstündə olan, lakin məhkumlara qadağan olan hər şeydən xilas olaraq özünü əsl cinayətkar kimi aparır. Malamadre ilə qarşılaşdığı zaman, özünü soyuqqanlı aparır və beləliklə də, diqqət cəlb etmir. Xuanın arvadı hamilədir və Xuan həyat yoldaşına qovuşmaq üçün özünü cinayətkar kimi aparmağa məcburdur. Bu arada Malamadrenin özünə ən yaxın bildiyi adamları polislərlə əlaqə saxlayaraq Malamadreyə arxadan zərbə vurmağa hazırlaşırlar. İğtişaş haqqında yerli mediaya məlumat sızdırıldıqdan sonra isə hadisələr tamamilə nəzarətdən çıxır.
Rollarda Luis Tosar — Malamadre, Alberto Ammann — Xuan Oliver, Karlos Bardem — Apaç, Marta Etuar — Elena, Antonio Resines— Utrilya, Feliks Kubero — Herman, Manolo Solo — türmə direktoru,
İstinadlar
Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:İspaniyanın döyüş filmləri Kateqoriya:Həbsxana filmləri Kateqoriya:2000-ci illərin ispan dilli filmləri Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:İspaniyada çəkilən filmlər