– Yaponiya hüquqşünası, konstitusional hüquq araşdırmaçısı. Hüquqşünas Hozumi Nobuşiqenin kiçik qardaşıdır.

Həyatı Hozumi Yatsuka 1860-cı ildə indiki Ehime prefekturasının ərazisində doğulmuşdur. Atası Uvacima klanına mənsub olmuşdur. 1883-cü ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur. 1884–1888-ci illərdə Heydelberq, Berlin və Strasburq universitetlərində təhsil almış, Paul Labandın tələbəsi olmuşdur.

Hozumi 1889–1912-ci illərdə Tokio Universitetinin professoru kimi konstitusional hüquq üzrə mühazirələr vermiş, 1897–1911-ci illərdə hüquq fakültəsinin sədri olmuşdur. Yaponiya Perlər Palatasının və İmperator Akademiyasının üzvü olmuşdur.

Nəzəriyyələri Hozumunin konstitusiya haqqındakı nəzəriyyələri imperatorun suverenliyini dəstəkləmiş və gücləndirmişdir. Parlamentar hökumətə qarşı olmuş, siyasi partiyalara həm qanunvericilikdə, həm idarəçilikdə güc verməyi dəstəkləməmişdir. Yaponiya ənənələrinin tərəfdarı olan Hozumi Mülki Məcəllənin 1890-cı ildə tərtib olunmuş orijinal versiyasını tənqid etmiş, "sədaqətin və ailəyə hörmətin məhv olmasına" səbəb olacağını müdafiə etmişdir.

1920-ci illərdə davam etmiş Tayşo demokratiyası dövründə Hozuminin konstitusional nəzəriyyələri liberal fikirlər tərəfindən sıxışdırılsa da, 1930-cu illərdə ultramilliyyətçiliyin güclənməsindən sonra davamçısı Uesuqi Şinkiçi tərəfindən təbliğ edilmişdir. Əsas əsərlərinə və daxildir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Yaponiya hüquqşünasları Kateqoriya:Tokio Universitetinin müəllimləri