Georgi xaçı () (1913-cü ilə qədər — "Fərqlənmə nişanı" hərbi ordeni ()) — Rusiya İmperiyasının 1807-ci ildə təsis edilmiş və struktur olaraq "Müqəddəs əzabkeş və qalib Georgi" ordeninə təyin edilmiş aşağı rütbələr üçün hərbi mükafatı. Bu, əsgərlər və kiçik zabitlər üçün düşmənə qarşı göstərdiyi hərbi xidmətlərə və şücaətə görə verilən ən yüksək mükafat idi.
Tarixi 1913-cü ilə qədər ordenin qeyri-rəsmi adları var idi: 5-ci dərəcəli Georgi xaçı, əsgər Georgi xaçı, əsgər Georgi (“Eqori”) və s. 1913-cü il Nizamnaməsi ilə hərbi ordenin rəsmi olaraq "Georgi xaçı" adlandırıldı və lentin rəngləri müəyyənləşdirildi. Georgi xaçı lenti üç qara və iki narıncı zolaqdan təşkil olunmuşdu.
1807-ci ildən 1856-cı ilə qədər mükafat bir dərəcəyə, 19 mart 1856-cı ildən dörd dərəcəyə malik idi.
Georgi xaçı 1917-ci il iyunun 24-dən zabitlərə də verilə bilərdi.
Vətəndaş müharibəsi illərində ağ hərəkatın liderləri aşağı rütbələrin Georgi xaçı ilə təltif edilməsi praktikasını davam etdirdilər.
1992-ci ildə Rusiya Federasiyası Ali Sovetinin Rəyasət Heyəti ordeni bərpa etmək qərarına gəldi.
Həmçinin bax
Georgi xaçı (Rusiya Federasiyası) "Müqəddəs Georgi" ordeni Rütbələr cədvəli
İstinadlar
Kateqoriya:Rusiya imperiyası ordenləri