Anar Xanlar oğlu Allahverdiyev () — azərbaycanlı şahmatçı, beynəlxalq usta (1997). Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Azərbaycan Respublikasının əməkdar idman ustası.

Şahmat karyerası Anar Allahverdiyev 10 mart 1975-ci ildə şahmatçı Xanlar Allahverdiyevin ailəsində anadan olub. 1980-ci ildə — 5 yaşında ikən atası onu şahmatla tanış edib. 9 yaşında olarkən 1-ci şahmat dərəcəsini, 11 yaşında olarkən isə idman ustası namizədi adını almışdır. Uşaqlıqda həm şahmatçı, həm də şəxsiyyət kimi kumiri altıncı dünya çempionu Mixail Botvinnik olub.

Anar, müxtəlif yaş kateqoriyalarında dəfələrlə Respublika çempionu olmuş, həmçinin bir sıra açıq turnirlərin qalibi və mükafatçısı olmuşdur.

1994–1998-ci illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub. O, yığmanın heyətində Şahmat Olimpiadalarının (1994, 1998) və Avropa çempionatının (1997) iştirakçısı olub.

Məşqçi kimi Azərbaycanda yeni şahmat nəslinin inkişafında yaxından iştirak edib. Onun tələbələri sırasında Vüqar Həşimov, Vasif Durarbəyli, Nərgiz Umudova, Nərmin Xələfova və Fərhad Tahirov kimi şahmatçılar var.

Yığma komandada statistikası İl TurnirŞəhər Yığma LövhəReytinqi+ = − Nəticə Yer (komanda) Yer (şəxsi)1994 Şahmat olimpiadası Moskva Azərbaycan ?4 21 7-dən 53641997 Avropa çempionatı Pula Azərbaycan 3 23802349-dan 3½15281998 Şahmat olimpiadası Elista Azərbaycan 4 24554 42 10-dan 64321

İstinadlar

Xarici keçidlər Anar Allahverdiyev Chessbase.com saytında

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları