Nicat Hüseynov () — Azərbaycanı təmsil edən boksçu.
Karyerası Nicat Hüseynov 2021-ci ilin aprelində Polşada gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. 2022-ci ilin martında Xorvatiyanın Poreç şəhərində baş tutan U-22 Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.
O, 2023-cü ilin mayında Dünya Çempionatında debüt etdi və 1/8 final mərhələsinə qədər irəlilədi. 2023-cü iln mayında Monteneqronun Budva şəhərində baş tutan U-22 Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu və titulunu qorudu.
Nicat Hüseynov 2024-cü ilin martında İtaliyada baş tutan 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları