Çingiz Çiçək () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub.
2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları