– Yaponiyanın Yamanaşi prefekturasının Yamanakako kəndindəki Yamanankako Ədəbiyyat Meşə Parkında yerləşən ədəbiyyat muzeyi. Yaponiya yazıçısı Yukio Mişimanın həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey Mişimanın bir neçə əsərlərində hadisələrin baş verdiyi yer olan Yamanaka gölünün sahilində yerləşir.

Tarixi thumb|left|Muzeyin həyətindəki Apollon heykəli.|180px Muzey 3 iyul 1999-cu ildə Yukio Mişimanın həyat və yaradıcılığı tədqiq etmək və öyrənmək üçün yaradılmışdır. 2002-ci ildə muzeydə Mişima tərəfindən 15 yaşında yazılmış "Ayı balasının hekayəsi" adlı əsəri kəşf edilmişdir.

Xüsusiyyətlər Muzeyin eksteryeri və həyəti Mişimanın Tokiodakı evi əsasında dizayn edilmişdir. Muzeyin həyətində Apollon heykəli yerləşir: Mişima "Apollon kuboku" adlı səyahətnamənin müəllifi olmuşdur. Birinci mərtəbədə sərgi otaqları, ikinci mərtəbədə oxu zalı yerləşir. Muzeyin xüsusi sərgi otağında hər il bir mövzuya aid sərgilər keçirilir.

Muzeyin kolleksiyasına 20.000-dən çox eksponat daxildir. Bu eksponatlara Mişimanın "Maskanın etirafları", "Dalğaların səsi" və "Qızıl pavilyon məbədi" kimi əsərlərinin əlyazmaları, yaradıcılıq və tədqiqat qeydləri, yazdığı məktublar, çəkdiyi rəsmlər, ona aid olan fotolar, geydiyi paltarlar, əsərlərinə əsaslanan film və tamaşalara aid materiallar (ssenari və posterlər), kitablar və tərcümə materialları daxildir.

Muzeydə Mişimaya aid iki xüsusi video nümayiş etdirilir. Birinci video "Yukio Mişima, dünyanın ən böyük yazıçılarından biri" yazıçının dünyaya baxışı və əsərləri haqqındadır. İkinci video "Böyük bir meşədə nəfəs alan məktublar adamının sevdası" rejissor Amon Miyamotonun Mişima haqqında söhbətindən ibarətdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yamanaşi prefekturasındakı muzeylər Kateqoriya:1999-cu ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı ədəbiyyat muzeyləri Kateqoriya:Yukio Mişima Kateqoriya:1999-cu ildə Yaponiyada yarananlar