2015-ci ildə Əl-Həsəkə uğrunda döyüş — Suriyada vətəndaş müharibəsi zamanı İraq və Şam İslam Dövlətinin (İŞİD) Əl-Həsəkə mühafəzəsində başladılan hücum əməliyyatı. İŞİD burada Əl-Həsəkə şəhərini ələ keçirməyə cəhd etmişdir. Əl-Həsəkə mühafəzəsi Suriya Silahlı Qüvvələri və kürd Xalq Mühafizə Birliklərinin (YPG) ayrı-ayrılıqda saxladığı iki bölgə olmuşdu. 17 iyulda YPG-nin rəhbərlik etdiyi qüvvələr Əl-Həsəkəni əhatə edən bütün yolları və kəndləri ələ keçirərək şəhərin daxilində qalan İŞİD yaraqlılarını tam mühasirəyə almışdır. 28 iyulda YPG qüvvələri və Suriya Ordusu Əl-Həsəkənin əksər hissəsindən İŞİD-i qovmuşdur. Bu zaman Əl-Zühur rayonunda və şəhərin cənub girişi yaxınlığında iki İŞİD bölgəsi qalmışdı. 1 avqustda şəhər İŞİD döyüşçülərindən tamamilə təmizlənmişdir.

İstinadlar

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2015-ci ildəki münaqişələr