Sərrin döyüşü — 2015-ci ilin mart–aprel aylarında Suriyada vətəndaş müharibəsi zamanı YPG və müttəfiq qüvvələrin İraq və Şam İslam Dövlətinə qarşı Sərrin şəhəri və ətrafı uğrunda həyata keçirdiyi hərbi əməliyyat.

Nəticəsi 29 aprel 2015-ci ilin əvvəlində Kobanidə yerləşdirilmiş son 124 "Peşmərgə" döyüşçüsü şəhərin təhlükəsizliyi təmin olunduğu üçün İraq Kürdüstanına qayıtmışdır. İraq Kürdüstanı da Kobaniyə bir daha əsgər göndərilməyəcəyini bəyan etmişdir.

5 iyunda YPG-nin başçılıq etdiyi döyüşçülər Mitrasın şərqindəki Cəbiriyyə kəndini geri almışdır. Sərrin Taxıl Silosuna qədər uzanan ərazidə qarşıdurmalar davam etmişdir. İŞİD Sərrinin qərb hissəsini də geri almış, YPG-nin rəhbərlik etdiyi döyüşçülər isə şəhərin şərq kənarına doğru irəliləmişdir.Kobani Canton conflict map: 5 June 2015

18 iyun 2015-ci ildə ASO və YPG-nin Sərrin qəsəbəsinə yeni hücuma keçdiyi bildirilmişdir. Sərrini almaq məqsədi iyunun sonunda Kobani qətliamından sonra daha da aktuallaşmışdır. 1 iyulda YPG-nin rəhbərlik etdiyi qüvvələr Sərrin Taxıl Silosu və Xirbət əl-Bürcün mühasirələrini bərpa etmiş, 4 iyulda Sərrini tam mühasirəyə almışdılar.

İstinadlar

Xarici keçidlər

Operation Inherent Resolve airstrike updates ISIL frontline maps (Syria) Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2015-ci ildəki münaqişələr