Yuri Georgi İşxanyan (; ) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.

Həyatı Yuri Georgi İşxanyan 9 yanvar 1947-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi şəhərində 1 saylı orta məktəbdə, sonra Xankəndi ticarət texnikumunda təhsil almışdır. O, Xankəndi şəhərinin "Qarabağ" futbol komandasında çıxış etmişdir. "Qarmetax" kombinatında, sonra Əsgəran Ticarət İdarəsində işləmişdir. O, müddətli hərbi xidmətini Bakıda başa vurmuşdur.Ղարաբաղյան ազատագրական պատերազմ (1988–1994)

İşxanyan Qarabağ hərəkatının və partizan fəaliyyətinin aktiv iştirakçısı olmuşdur. 1988-ci ildə Əsgəran hadisələrində iştirak etmiş, buna görə bir neçə gündən sonra həbs edilmişdir. O, aprel–avqust aylarında Bakı, Moskva və Şuşa həbsxanalarında saxlanmışdır. 1988–1994-cü illərdə müxtəlif könüllü dəstələrin, 9-cu rotanın komandiri kimi Ağdərə, Əsgəran, Laçın, Qubadlı, Kəlbəcər və Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmişdir. Xocalı soyqırımını törədənlərdən biri olub.

14 mart 1998-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Xankəndi şəhər qəbiristanlığında dəfn olunmuşdur.

O, ölümündən sonra Dağlıq Qarabağ Respublikasının 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.

Evli idi və üç övladı var.

İstinadlar

Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları