Ararat Mikayeli Melkumyan (; ) — Ermənistan hərbçisi, general-mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı, Martuni vilayəti administrasiyasının keçmiş rəisi (2019–2021), Qondarma DQR Təhlükəsizlik Şurasının keçmiş katibi (7–16 yanvar 2023), DQR Milli Təhlükəsizlik Xidmətinin direktoru. Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı Ararat Melkumyan 1 fevral 1973-cü ildə Azərbaycan SSR-nin Martuni rayonunun Qırmızı Bazar kəndində anadan olmuşdur. Ailəsi altı uşaqdan ibarət idi. Məktəbi bitirdikdən sonra Moskva Hüquq İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1992-ci ildə Xocavənd şəhərinə gedərək və Qırmızı Bazarda dislokasiya edilmiş erməni separatçı dəstəsinə daxil edilmişdir. Onun komandirləri müharibə cinayətkarları Monte Melkonyan və Movses Akopyan idi.
Rota komandiri olmuşdur. 1994-cü ildə DQR-nin 2-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. Daha sonra Moskva Silahlı Qüvvələr Akademiyasında təhsilini davam etdirmiş, sonra Dağlıq Qarabağ Müdafiə Ordusunun əsas bölmələrindən birində xidmət etmişdir. N saylı hərbi hissəsinin komandiri olmuşdur. 2016-cı ildə öz dəstəsi ilə Aprel döyüşlərində iştirak edib və Ermənistanın 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. 2018-ci ilin fevral ayında Ermənistan Müdafiə Nazirliyinin 1-ci hərbi hissəsinin komandiri təyin edilmişdir. 2019-cu ilin iyul ayından Martuni rayon icra başçısıdır.
2021–2023-cü illərdə Dağlıq Qarabağ Respublikası Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini vəzifəsində çalışmışdır. 2023-cü il yanvarın 7-dən 16-dək Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutmuşdur. Ararat Mikayeli Melkumyan İkinci Qarabağ müharibəsində DQR qarşısında müstəsna xidmətlərinə görə DQR Prezidenti Arayik Arutyunyan tərəfindən "Artsax Qəhrəmanı" ali tituluna layiq görülmüşdür.
General-mayor hərbi rütbəsinə malik idi
İstinadlar
Xarici keçidlər hetq.am saytında Fədailər. Ararat Melkumyan Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:General-mayorlar