Şövzəb Mövla Şakir () — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri.

Tərcümeyi-hal Şövzəb bəzi mənbələrdə Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər.

O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi.

Hüseyn ibn Əlinin səhabəsi O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər.

Aşura günündə Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim."

Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.

Həmçinin bax Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı

İstinadlar

Kateqoriya:Kərbəla döyüşündə həlak olanlar Kateqoriya:Hüseyn ibn Əli Kateqoriya:Hüseyniyyə Kateqoriya:680-ci ildə vəfat edənlər