Kristian Listeş (6 may 2005, Budapeşt, Macarıstan) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan "Ferentsvaroş" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusu.
Klub karyerası Listeş Uypeşt Haladas, Dalnoki Akademia, Mesyoli Foçisuli, Şorokşar, "MTK Budapeşt" və "Ferentsvaroş" klubunun akademiyasında çıxış etmişdir. O, ilk peşəkar müqaviləsini 2021-ci ilin iyul ayında imzalamışdır. O, "Ferentsvaroş" klubu ilə debütünü 14 may 2022-ci ildə Nemzeti Baynoksaq I liqasında "Dirmot" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Listeş 2022-23 mövsümünü tərəfdaş klublardan olan Nemzeti Baynoksaq II təmsilçisi "Şoroşkar" klubunda icarə əsasında keçirmişdir. 10 yanvar 2023-cü ildə o, "Ferentsvaroş" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
1 may 2023-cü ildə Listeş Susa Ferents stadionunda keçirilən "Uypeşt" klubuna qarşı derbi görüşündə qələbə qolunun müəllifi olmuşdur. 5 may 2023-cü ildə o, "Keskemet" klubuna 0-2 hesabı ilə məğlub olduqları görüşdən əvvəl, 30-cu tur çərçivəsində "Ferentsvaroş" klubu ilə 2022-23 Nemzeti Baynoksaq I mövsümünün qalibi olmuşdur.
Listeş 2023-24 Nemzeti Baynoksaq I mövsümündə ilk qolunu 6 avqust 2023-cü ildə Sostoi stadionunda keçirilən "Fehervar" klubu ilə görüşdə vurmuşdur.
Milli karyerası Listeş Macarıstan millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Hal-hazırda U-19 millisində mübarizə aparır.
Şəxsi həyatı Listeş onunla eyni ad və soyadı daşıyan keçmiş macar futbolçusu olan Kristian Listeşin oğludur.
Karyera statistikası
Klub karyerası
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokAvropaDigərÜmumiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolFerentsvaroş2021–22NB I10———102022–23NB I95—20—1152023–24NB I22—50—72Ümumi1270070—197Ferentsvaroş II2021–22NB III205———205Şorokşar2021–22NB II10———102022–23NB II173———173Ümumi kayera5015—70—5715
Uğurları Ferentsvaroş Nemzeti Baynoksaq I: 2021–22, 2022-23
İstinadlar
Xarici keçidlər
MLSZ Profile
Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Legioner Macarıstan futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Ayntraxt Frankfurt II FK futbolçuları