İranə Tofiq qızı Tağızadə () — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru.
Həyatı İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. Ölümü 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur.
Ailəsi Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır.
Fəaliyyəti
Quruluş verdiyi tamaşalar Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi" quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Yaradıcılığı haqqında Elçin qələmə aldığı nekroloqda yazır:
Təltifləri Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014 6 may 2015-ci ildə, 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
İstinadlar
Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları