Con Uollis (;Random House Dictionary . ; ) — ingilis din xadimi və riyaziyyatçısı. Riyazi analizin qabaqcıl yaradıcılarından hesab olunur. 1643–1689-cu illər arasında o, Parlamentdə və daha sonra kral məhkəməsində baş kriptoqraf vəzifəsində çalışmışdır. O, sonsuzluq anlayışını təmsil etmək üçün ∞ simvolunu təqdim etməsi ilə məşhurdur. Eyni şəkildə, sonsuz kiçik anlamı üçün 1/∞ təqdim etmişdir. Con Uollis Nyutonun müasiri və erkən riyazi intibah dövrünün ən böyük ziyalılarından biri kimi qəbul olunur.

İstinadlar

Kateqoriya:İngiltərə riyaziyyatçıları Kateqoriya:Britaniya kriptoqrafları Kateqoriya:İngiltərə protestantları