MamaRika və ya Erika (), əsl adı Anastasiya Aleksandrovna Koçetova (; ) — Ukrayna müğənnisi və fotomodeli.

Həyatı Erkən illəri Anastasiya Koçetova 13 aprel 1989-cu il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-də, Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. O, uşaqlıqdan "Reverans" uşaq studiyasında vokalla peşəkar şəkildə məşğul olmuşdur. Koçetova İvan Franko adına Lvov Milli Universitetinin Xarici Dillər fakültəsini tərcüməçi (ingilis dili) ixtisası üzrə bitirmişdir. O, ofis meneceri və vokal müəllimi işləmişdir. Koçetova 14 yaşında "Çervona ruta-2003" festivalının qalibi olmuşdur. O, 17 yaşında "Amerikan şansı" layihəsində (Los-Anceles, Kaliforniya, ABŞ) iştirak etmiş və qalib olmuşdur. Koçetovanın istedadı Stivi Vander və Brayan MakNayt tərəfindən yüksək qiymətləndirilmişdir.

2009–2016: Erika left|thumb|155px|2013-cü ildə Erika.

Anastasiya Koçetova 19 yaşında "Erika" təxəllüsünü özünə götürərək prodüser və bəstəkar Konstantin Meladzenin rəhbərliyi ilə Ukraynanın "Ulduz fabriki-3" vokal şousunun finalçısı olmuş və burada altıncı yeri tutmuşdur. O, "Fabrika. Superfinal" şousunun gümüş mükafatçısı adını qazanmış, "Ulduz fabriki-4" televiziya şousunun canlı yayımlarının aparıcısı kimi iştirak etmişdir. Erika "Ulduz fabriki. Rusiya – Ukrayna" (Birinci kanal, Rusiya) beynəlxalq layihəsində iştirak etmişdir. Erika "Rio" cizgi filminin ukrayn dilində olan dublyajında İnci personajını səsləndirmişdir.

Erika 2010–2015-ci illərdə prodüser Sergey Kuzinin rəhbərliyi altında "UMMG" prodüser mərkəzində müğənni olmuşdur. O, həmçinin amerikalı prodüserlər Vince Pizinqa və "Qremmi" qalibləri Bobbi Kempbell və Endryu Kapnerlə əməkdaşlıq etmişdir. Erika 2011-ci ilin avqustunda "İlin müğənnisi" nominasiyasında "Kristal mikrofon" mükafatını qazanmışdır. O, 2012-ci ildə "Yeni iliniz mübarək, dünya!" (Qazaxıstan) müziklında rol almışdır. Həmin il onun ilk solo albomu "Paparazzi" Ukraynanın "Moon Records" leyblində işıq üzü görmüşdür.

Erika moda sahəsində fotomodel kimi bir neçə populyar jurnalların üz qabığında görünmüşdür. Bunlara "Playboy" (Ukrayna), "Maxim", "Viva!", üç dəfə isə "Viva! Ən gözəl" daxildir.

2016-cı ildən: MamaRika Erika 2016-cı ilin aprelində Kuzinlə işləməyi dayandırmış və təxəllüsünü "MamaRika" olaraq dəyişdirmişdir. Elə həmin ay onun Yuliya rolunu canlandırdığı "Bir zamanlar Odessada" komediya teleserialının premyerası keçirilmişdir.

thumb|240x240px|MamaRika "MRPL City 2017"də. "MamaRika" 2017-ci ildə Mariupolda keçirilən ilk "MRPL City" festivalında çıxış etmişdir. O, dekabr ayında, həmin ilin Kiyev klublarından birində konsert proqramını və ikinci studiya albomu olan "КАЧ"ı təqdim etmişdir.

Şəxsi həyatı Anastasiya Koçetova 28 iyun 2014-cü ildə "Sosial həyat" proqramının aparıcısı Yekaterina Osadçaya ilə tələbəlik illərində baş tutmuş lezbiyan təcrübəsi haqqında danışmışdır:

Onun biseksuallığı ilə bağlı suala: "İndi qızlarla bir az flört etməyə imkanım var, amma dominant amil kişilərin cazibəsidir". Hal-hazırda müğənni bir ildən çoxdur ki, "Odesskie Mansı" KVN komandasının kapitanı Sergey Sereda ilə romantik münasibətdədir. 2020-ci ilin mart ayında Taylandda aparıcı Sergey Sereda ilə evlənmişdir. 2 avqust 2021-ci ildə oğlu dünyaya gəlmişdir.

Filmoqrafiya "Rio" (2011) – İnci (ukraynca dublyaj) "Bir vaxtlar Odessada" (2016) – "Kvartal-95" studiyasının istehsalı olan komediya teleserialı.

Təltif və müfakatlar 2003 – Çervona ruta (festival). 2006 – Amerikan şansı. 2010 – "Fabrika. Superfinal" – gümüş mükafatçı. 2010 – "Dəniz mahnıları" festivalı – Tamaşaçılar mükafatı. 2011 – Kristal Mikrofon mükafatı – İlin müğənnisi. 2012 – "Ulduz fabriki: Rusiya – Ukrayna" layihəsi – prodüserlər İqor Matvienko və İqor Krutoydan xüsusi mükafat.

Diskoqrafiya «Папарацци» (2012) «КАЧ» (2017)

Videokliplər «Не тормози» «Душа» «Смайлик» «Ковбой» «Папарацци» «Последний раз» «Под снежным серебром» «Небо пополам» «C первого взгляда RMX» «Любовь Не Верит Цифрам» «Схід-Захід/Восток-Запад» «Весь Мир»

İstinadlar

Xarici keçidlər Официальный сайт певицы Страница Эрики на YouTube

Страница Эрики на Vimeo Страница Эрики на SoundCloud Страница Эрики на Myspace

Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Ukrayna fotomodelləri