Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi () — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.

Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi.

"Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur.

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.

Təltif olunanlar

1991 Sadıq Cavad oğlu Abdullayev — 04.02.1991"Əhaliyə məişət xidməti işçilərinə "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 4 fevral 1991-ci il tarixli 163 nömrəli Fərmanı Baloğlan Mircəfər oğlu Ağayev — 04.02.1991 Rasim Həbib oğlu İbrahimov — 04.02.1991 Arif Abdulla oğlu İsrafilov — 04.02.1991 Oqtay Əli oğlu Məhərrəmov — 04.02.1991 Yaşar Hacı oğlu Şıxməmmədov — 04.02.1991

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar hüquqşünası Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları