– Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır.
Kəşfi Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır.
Tapıntılar 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir.
3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir. 2-ci təbəqədə yaşı 12.400 ± 350 il olan, üzərində yarıdairəvi təsvirlər olan dulusçuluq məmulatı tapılmışdır. 1-ci təbəqədə isə ruletşəkilli saxsı aşkarlanmışdır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaponiyadakı arxeoloji abidələr Kateqoriya:Naqasaki prefekturasının tarixi Kateqoriya:Yaponiya mağaraları