"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi. 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Assosiasiyası (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü.

Kateqoriya:2015-ci ilin mahnıları

Arxa plan "Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır.

2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı. Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı. Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb.

28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi. Mahnının sinql olaraq buraxılıb-çıxmayacağını soruşduqda, Martine əmin olmadığını söylədi "çünki bu mahnı artıq Cry Baby albomunda çox yaşayır".

Musiqi videosu Martines 8 may 2020-ci ildə evindən "Play Date" mahnısına klip çəkdirməyi planlaşdırdığını açıqladı. 

Mahnının lirik videosu 26 may 2020-ci ildə buraxıldı və ilk 24 saat ərzində 1,3 milyon baxışla debüt etdi.

Martines "Play Date" mahnısına video çəkmə planlarını ləğv etdi, buna səbəb "The Bakery" sinqlının videosu üzərində işləməsi idi.

İstinadlar