– Yaponiyanın Ayçi prefekturasının Qamaqori şəhərində yerləşən muzey.

Tarixi Muzeyinin əsası 1983-cü ildə Yaponiyanın Qamaqori şəhərində qoyulmuş və ilk adı Qamaqori Fentezi Evi olmuşdur. Bu muzey 2010-cu ildə bağlanmış, 2014-cü ildə Takeşima Fentezi Muzeyi adı ilə yenidən açılmışdır.

Haqqında Muzey balıqqulaqları ilə bəzədilmiş tavan dekorasiyaları, LED işıqlandırmalar, güzgülər və fentezi musiqisi ilə əhatə olunmuş, sürreal fentezi dünyası yaradılmağa çalışılmışdır. Muzeydə dünyanın 110 müxtəlif yerindən toplanmış 55 milyondan çox balıqqulağı nümayiş etdirilir.

Muzey əsasən uşaqlar üçün nəzərdə tutulub. Ziyarətçilər otaqların ekranlarında Mizella və Qamaqo adlı personajlarla qarşılaşırlar. Muzeyin qabıqlarla bəzədilmiş tunellərindən keçdikdən sonra balıqqulaqlarından hazırlanmış qəsr, dəniz qızı, şahzadə, əjdaha, gəmi, meduza heykəlləri ilə qarşılaşmaq olar. Burada keçirilən müsabiqədə kiçik mükafat qazanmaq mümkündür.

Fentezi turunun sonunda şüşə qabların içərisində balıqqulaqlarının olduğu kiçik bölmə yerləşir. Muzeyin mağazasında balıqqulaqlarından hazırlanmış buketlər satılır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ayçi prefekturasındakı muzeylər Kateqoriya:1983-cü ildə yaradılmış muzeylər Kateqoriya:Qamaqori Kateqoriya:1983-cü ildə Yaponiyada yarananlar