300px|thumb|right|Şiəliyin dövlət dini kimi elan edilməsi. Şah İsmayıl Təbrizdə Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir.
Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir.
Səfəvilərdən öncə Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular. İronik olan odur ki, XVI əsrin əvvəllərinə qədər gələcəkdə Səfəvi imperiyasının əsas düşməni olacaq Osmanlı imperiyası öz ərazisində mədrəsələrin azlığına görə üləmalarını təhsillərini təkmilləşdirmək üçün İran və ya Azərbaycan ərazisinə göndərirdi. Bu bölgə o dönəmdə sünni mərkəzlərdən hesab edilirdi. Buna baxmayaraq, bu bölgədə Məhəmməd Peyğəmbərin ailəsi üstün tutulurdu. Bunun qarşılığında, Səfəvi dövrünə qədər imperiya əhalisinin az bir qismi şiə məzhəbində idi və buna uyğun olaraq da, orada şiə din adamları da azlıq təşkil edirdilər.
Səfəvilər sülaləsinin öz imperiyasını qurmamışdan əvvəl bölgədə şiələr azlıq təşkil etsə də, yaxın keşmişdə bəzi hökmdarların şiəliyi qəbul edilməsinə rast gəlmək mümkün idi. Məsələn, Elxanilər dövlətinn hökmdar Məhəmməd Olcaytu körpə ikən xristian kimi vəftiz edilib, bir qədər sonra buddizm ilə yaxınlaşsa da, sonradan Hənəfi sünniliyə keçmişdi. Lakin bu zaman belə türklərin ənənəvi dini hesab edilən şamanızmin nişanələrini daşımaqda idi. 1309–1310-cu illərdə o, nəhayətki şiəliyi qəbul etmişdi. Həmçinin, Səfəvi imperiyasının yarandığı bölgədə və elə Səfəvi dövlətini yaradan tayfalar tərəfindən yaradılmış Qaraqoyunlu dövləti də çox zaman şiə dövləti kimi qəbul edilir. The argument that there was a clear-cut contrast between the Sunnism of the Āq Qoyunlū and the Shiʿism of the Qara Qoyunlū and the Ṣafawīya rests mainly on later Safavid sources and must be considered doubtful. Beləliklə, hesab edə bilərik ki, şiəlik sünniliklə nisbətdə köçəriliyi qoruyub saxlayan və islamla yeni tanış olan türk-monqol tayfaları arasında yayılmağa başlamışdır. Buna görədir ki, türklər arasında şiəliyə keçid halları ilə Elxanilər dövründən etibarən daha sıx-sıx rastlaşmağa başlayırıq.
I İsmayılın dövrü
thumb|250px|Səfəviyyə ordeninin rəhbəri, Səfəvi imperiyasının qurucusu, türk tayfaları döyüşçülərindən təşkil edilmiş Səfəvi ordusunun ali baş komandanı Şah İsmayıl. 1499-cu ildən ali hakimiyəti ələ keçirmək üçün mübarizəyə başlayan Şah İsmayıl 1502-ci ilə qədər Azərbaycanı (həm şimali, həm qərbi, həm də cənubi Azərbaycan) , indiki İranı, Gürcüstanı, Dağıstanı ələ keçiməyi bacardı. Bundan sonra onun qarşısında duran vəzifələrdən biri də ələ keçirdiyi yerlərdə öz hakimiyyətini möhkəmləndirmək idi, çünki bölgə əhalisi hələ də əsasən sünni məzhəbində idi. 1504-cü ildə yenidən hücuma keçən Şah İsmayıl indiki İranın cənub-qərbini 1505–1508-ci illər ərzində ələ keçirdi və sonda 1510-cu ildə özbəkləri məğlub edərək Xorasanı özünə tabe etdi. Tarixçi Daniel V. Braunun bildirdiyinə görə, Şah İsmayıl "Fatimilərin süqutundan sonra ən uğurlu şiə hökmdarı" olmuşdur. Hakimiyyət tam olaraq ələ alındıqdan sonra bütün bölgələrdəki sünnilər təzyiqlərə məruz qaldılar və sünni sufi ordenləri qapadıldı. Sünni üləmaların yerinə şiə üləmaları yerləşdirdirildi.
Məzhəb dəyişdirmə siyasətinin səbəbləri Səfəvi sülaləsi əksər müsəlman sülalələrindən daha çox öz məzhəblərini əhaliyə qəbul etdirmək üçün çalışmışdırlar. Bunun səbəbləri belə sıralana bilər:
Bununla, Səfəvilər öz imperiyalarına qonşularından fərqli dini kimlik formalaşdırmaqla daha da möhkəmləndirə biləcəklərini düşünmüşdürlər. Səfəvilər uzun müddət Osmanlı imperiyası ilə mübarizə aparmağa məcbur olmuşdular. Sünni imperiyaya qarşı daxildə şiə əhali formalaşdırmaqla bu mübarizələrdə daha rahat ola biləcəklərini düşünmüş ola bilərlər. Din dəyişdirmə dövlətə və onun təsisatlarına sadiq olacaq ərazinin qurulması prosesinin bir hissəsi idi, beləliklə, dövlət və onun təsisatlarına bütün ərazidə öz hökmranlıqlarını möhkəmləndirmək imkanı verirdi.
Məzhəb dəyişdirmə üsulları Şah İsmayıl öz hakimiyyətini bütün imperiya ərazisində möhkəmləndirdikdən sonra sünni əhalini şiələşdirmə kampaniyasına başladı. Bu din dəyişdirmə siyasətinin metodları bunlar idi:
Şiəliyin bütün xalq üçün dövlət və məcburi din kimi qəbul edilməsi və sufi sünnilərinin zorla şiəliyə çevrilməsi. Sədr təsisatının yaradılması. Bu vəzifə dini məsələlərlə və qərarlarla maraqlanmalı idi. İmperiya əhalisini şiəliyə keçidini təmin edə bilmək üçün sədr şiə on iki imamlıq doktrini hazırlamalı idi. Sünni dini yerlərinin təzyiqə məruz qalması. Bu 1511–1512-ci illərdə Çinə gedən portuqaliyalı səfir Tome Pires tərəfindən də qeyd edilmişdir. O, ilk üç sünni xəlifənin (Əbu Bəkr, Ömər və Osmanın) bütün məscidlərdən qəsbkar olaraq lənətlənməsini tətbiq etdi, sünni tariqətlərini dağıtdı və onların əmlakını ələ keçirdi, şiə ziyarətgahlarını, qurumlarını və dini incəsənətini inkişaf etdirmək üçün dövlət dəstəyindən istifadə etdi. Sünni alimlərinin yerinə xaricdən şiə alimləri gətirdildi. Ümumi sünni inistitutlarına təzyiqlərin, qadağaların tətbiq edilməsi, məşhur sünni alimlərin vəzifələrdən, ölkədən uzaqlaşdırılması. Müqavimət göstərən sünni qruplaşmaların sürgün və ya qətl edilməsi. Səfəvi imperiyasının yaradılması ilə Xəlifə Ömərin öldürülməsi günü bayram kimi qeyd edilməyə başlandı. Bu bayramda Ömərin qətl edilməsi teatr kimi canlandırılrıdı. Lakin sonrakı dövrlərdə sünni dövlətlərlə münasibətlərin inkişaf etməsindən sonra bu bayram bir daha qeyd edilmədi. İmperiyanın yaradılması ilə Şah İsmayıl bütün dünya şiələrini onun imperiyasına gəlməyə dəvət etdi və onlara sünni əksəriyyətindən qorunma vəd etdi. Çünki bu zaman və bundan əvvəl də digər ölkələrdəki şiələr sünni əksəriyyət arasında yaşamağa məcbur idilər və onlarda Səfəvi imperiyasında yaşayan sünnilərin üzləşdiyi təzyiqlərlə üzləşirdilər.
Şiə və sünni üləmanın taleyi
Sünni üləma İlk Səfəvi şahları dövründə sünni üləma qarşısına müəyyən seçim etmə tələbi qoyulurdu. O, ya şiəliyə keçmələri, ya ölkəni tərk etməli, müqavimət göstərmə seçimi qarşısında isə edam edilməli idi. Ölkənin şiəliyinə keçid etməsinə qarşı çıxan sünni üləma və onların dəstəkçiləri öldürüldülər. Belə hadisələrdən biri Heratda yaşanmışdı. Beləliklə, bu prosesin sonunda ölkədəki sünni üləma öz gücünü tamamilə itirdi.
Şiə üləma İmperiyanın qurulmasından dərhal sonra əhalinin şiələşdirmə prosesinə başlanıldı. Ölkənin əsas din adamlarının sünni olması, şiə alimlərinin isə çox az olmasına görə, I İsmayıl yeni bir siyasət qəbul edərək xaricdən şiə alimlərin imperiyaya gətirilməsinə başladı. Əsas yer olaraq isə ənənəvi şiə mərkəzlərindən biri olan və müasir Livanın cənubunda yerləşən Cəbəl Amüldən, Dağlıq Livandan, Suriyadan, Ərəbistanın şərqindən və İraqın cənubundan şiə üləmanın Səfəvi imperiyasına gətirilməsi idi. Nəticədə ölkədə şiə üləması formalaşdırıldı. Şah İsmayıl onlara sadiqlik qarşılığında pul və torpaq vəd edirdi. Bu gətirilən şiə üləmaları şiəliyin doktrinini öyrətməyə, əhalini onu qəbul etməyə təşviq etməyə başladılar. Bundan əvvəl ölkədə şiə üləmanın azlığına nümunə kimi göstərə bilərik ki, bir salnamədə qeyd olunana görə imperiyada şiə qaynağı bircə Təbrizdə mövcud idi. Beləliklə, İsmail və tərəfdarlarının şiə alimlərinin dəstəyi olmadan bütöv bir xalqı yeni əqidəni qəbul etməyə vadar etməyə müvəffəq olub-olmaması sual altındadır. Səfəvi hökmdarları da özlərinin imperiya üzərində hökmranlıqlarını qanuniləşdirmək üçün bu əcnəbi şiə din alimlərini öz saraylarına dəvət etdilər.
I Abbas öz hakimiyyəti dövründə şiə alimlərin ölkəyə gətirilməsini daha da artırdı və onlar üçün dini mərkəzlər inşa etdirdi, onları keçmişdə (Gizli imam doktrinasına uyğun olaraq) çəkindikləri hökumət işlərində iştirak etməyə uğurla inandırdı.
Azərbaycan və İraq
Azərbaycanda məzhəb dəyişdirmə Təbrizin fəth edilməsindən sonra 1502-ci ilə qədərki müddət ərzində bütöv Azərbaycan, Dağıstan ələ keçirildi. Təbrizin fəthifnin ardından Şah İsmayılın ilk aktlarından biri ölkənin əhalisinin böyük bir hissəsinin sünni olmasına baxmayaraq, On iki imamlığı imperiyanın rəsmi dini və ya məzhəbi olaraq elan etmək oldu. Bu elandan sonra əhalini məzhəb dəyişdirməyə sövq etmə prosesi başladıldı və Qafqazın müsəlman əhalisi yavaş-yavaş şiəliyə keçid etməyə başladı. Şiəliyə keçidə qarşı ən güclü müqavimət ənənəvi sünni mərkəzi olan Şirvan bölgəsində idi. Onların silahlı müqaviməti qızılbaşlar tərəfindən silah gücüylə yatırıldı. Səfəvilərin şiəliyi rəsmi din etməsindən sonra Persiya və Azərbaycanın türkdilli şairləri ya Misir və Suriyaya (Məmlük hamiliyində yaşamaq üçün), ya da Osmanlı imperiyasına getdilər.Bazin L., Golden, P.B., Golden.P.B, Zürcher E.J, Andrews.P.A, Zieme P., Karamustafa A.T, Flemming Barbara, Ambros Edith G., Balim Çiğdem et al., “Turks”, in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN 9789004161214, 1960-2007
Azərbaycanın cənubunda yaşayan Azərbaycan türklərinin demək olar ki, hamısı Səfəvi imperiyasının hakimiyyəti dövründə şiələşsə də, Azərbaycanın şimalında vəziyyət bundan fərqli idi. Rusiya imperiyasının Azərbaycanın şimalını işğal etdikdən sonra 1830-cu illərdə aparılmış hesablamalara görə buradakı əhalinin təxminən yarısı sünni olmuşdur. Bu nisbət 1848-ci ilin statistikasında da qalmaqda idi. Lakin 1860-cı illərdən etibarən Azərbaycanın şimalındakı sünnilərin sayında azalma hiss edilir. Bu azalma qarşısında isə şiələr üstünlüyü ələ keçirdilər və əhalinin əksəriyyətini təşkil etdilər. Sünnilərin sayındakı azalmanın əsas səbəbi Rusiya-Osmanlı müharibələri və Şimali Qafqazdakı sünnilərin ruslara qarşı qazavatları idi. Buna qədər az-az müşayiət edilən və Osmanlı imperiyasına yönələn Azərbaycan sünnilərin köçü Şimali Qafqazdakı çıxışların amansızlıqla yatırılmasından sonra selə çevrildi.
Beləliklə, həm cənubi, həm də şimali Azərbaycanda şiələrin tam üstünlüyü formalaşdı. Bütöv Azərbaycan torpaqlarının şiəliyə keçidlə tanış olması müasir İran ərazisinin tanış olması ilə təxminən eyni vaxta düşdü. Müasir Azərbaycan İrandan sonra əhali nisbəti etibailə ən çox şiə çoxluğa malik olan ölkədir və bundan başqa ən azından nominal olaraq şiə əhalinin sünnilərə nisbətən çox olan yalnız iki ölkə vardır — İraq və Bəhreyn.