thumb|2014-cü ildəki tədbir. İzmir prayd-paradı () – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival.

Tarixi İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər.

Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.

Təşkilatçılar və sponsorlar

İstinadlar

Kateqoriya:İzmir mədəniyyəti Kateqoriya:Türkiyədə LGBT Kateqoriya:Prayd-paradlar Kateqoriya:2013-cü ildə Türkiyədə yarananlar Kateqoriya:İyun