– Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan.

1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir. Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür.

İntiharlar Mihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır. 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır. Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır. 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir. Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir.

Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir.

Populyar mədəniyyətdə 1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir. 1989-cu il istehsalı "Qodzilla Biollanteyə qarşı" filmində Qodzilla Mihara dağındakı qaynar qəfəsindən qurtulmağı bacarır.

Koci Suzuki tərəfindən yazılmış "Halqa" romanının və film adaptasiyasının personajı Şizuko Yamamura intihar etmək üçün Mihara dağının kraterinə tullanır.

İstinadlar

Xarici keçidlər - Yaponiya Meteorologiya Agentliyi

Kateqoriya:Yaponiyadakı stratovulkanlar Kateqoriya:İzu-Bonin vulkanik qövsü Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Tokiodakı vulkanlar Kateqoriya:Yaponiyada intihar Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər Kateqoriya:Asiya dağları