586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər.
Tarixi Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir.
Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur. 24 sentyabr 1942 -ci ildə leytenant Valeriya Xomyakova Saratov üzərindəki gecə döyüşündə alman bombardmançısını vurur. Bu, qadın aviasiya alayının ilk qələbəsi idi. 6 oktyabr 1942-ci ildə gecə döyüşü zamanı Valeriya Xomyakova ölür və ölümündən sonra "Qırmızı Bayraq" ordeni ilə təltif edilir.
9 oktyabr 1942-ci ildə SSRİ Xalq Müdafiə Komissarının müavini general-leytenant Mixail Qromadin alay komandiri T. Kazarinovanı tutduğu vəzifədən uzaqlaşdırır.
Bu dövrdə Sergey Savenkov və Vitali Belyakov müvəqqəti olaraq alayın komandiri kimi fəaliyyət göstərirlər. Müharibənin son iki il yarımı və İkinci Dünya müharibəsindən sonra alayın komandiri Aleksandr Vasilyeviç Qridnev olur. Onun rəhbərliyi altındakı 586-cı qırıcı alayı Voronejə köçürülür.
Alayın heyəti Kursk döyüşü zamanı şiddətli hava döyüşlərində iştirak edir. 7 sentyabr 1943-cü ildə Starı Oskol ərazisindəki hava döyüşündə kiçik leytenant Taisiya Smirnovanın təyyarəsi vurulur. Pilot yanaraq enən təyyarədən yanıqlar içində qurtulur və sol ayağı sınır. Ayağı amputasiya olunan Smirnova 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni ilə təltif olunmuşdur.Архивный реквизит на сайте «Подвиг народа» № 19912678.
20 iyul 1945-ci ildə alayın əsgərləri və çavuşları tərxis edilir. Zabitlər isə Vyanaya, daha sonra isə Rumıniyanın İasi şəhərinə göndərilir. 1945-ci ilin noyabrında qadın zabitlər də tərxis olunur. Bir çox kişi pilotlar və ləğv edilmiş 586-cı qırıcı aviasiya alayının texniki heyəti komandir A.V.Qridnev ilə birlikdə Kiyevə, 39-cu qırıcı aviasiya alayına köçürülür.
Alayın pilotları ümumilikdə 4419 döyüş uçuşu həyata keçirmiş, 125 döyüşdə iştirak etmiş, 38 alman təyyarəsini vurmuşdur.
Heyət Soyadı, adı, atasının adıHərbi rütbəVəzifəKazarinova Tamara AleksandrovnamayorAlay komandiri (09.12.1941 — 07.10.1942), Qridnev Aleksandr Vasileviçmayor, polkovnik-leytenantAlay komandiri (27.10.1942 — 15.07.1945)Tixomirova Vera İvanovnakapitan, mayorKomandirin siyasi işlər üzrə müaviniKasatkina Klavdiya İvanovnabaş leytenat, kapitan Partiya təşkilatçısıSeyidməmmədova Züleyxa Həbib qızıbaş leytenant, kapitanŞturmanMalaxov Vasili MixayloviçkapitanŞturmanSlovoxotova Nina Arkadevnabaş texniki leytenantŞturman köməkçisiDurakov Nikolay Konstantinoviç kapitanAlay komandirinin köməkçisiKurapeyev Lev İliçmühəndis-kapitanAlay komandirinin köməkçisiLisiçina Valentina Mixaylovnabaş leytenantAlay komandirinin köməkçisiSlovoxotova Nina Arkadevnatexnik-leytenantKimya söbəsinin rəhbəriStarqin Nikolay Matveyeviçbaş leytenantKimya şöbəsinin rəhbəriBenqus Rakhil Aronovnatibb xidmətinin kapitanıTibb söhbəsinin rəisi - alayın baş həkimi
İstinad siyahısı
Kateqoriya:SSRİ Hərbi Hava Qüvvələrinin qırıcı alayları