– Yaponiya arxeoloqu.

Həyatı Şuiçi Qoto 1888-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. 1913-cü ildə Tokio Ali Normal Məktəbindən məzun olduqdan sonra Şizuokada bir orta məktəbdə işləməyə və arxeologiya ilə maraqlanmağa başlamışdır. 1921-ci ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuşdur. 1927-ci ildə Avropa və ABŞ-yə səyahət edərək muzeyləri tədqiq etmişdir. Daha sonra Meyci Universitetinin professoru və Mədəni Mülklərin Qorunması üzrə Milli Komissiyanın məsləhətçisi olmuşdur.

Qoto Yaponiyanın ibtidai icma quruluşuna və erkən tarixinə maraq göstərmişdir. Onun ixtisası kofunlar və Kofun dövrünün mədəniyyəti olmuşdur. O, Toro yerində və Oyu daş sahələrində aparılmış arxeoloji qazıntı işlərinə rəhbərlik etmiş, Nippon Arxeologiya Cəmiyyətinin katibi vəzifəsini yerinə yetirmişdir.

Əsərləri "Nihon kokoqaku" (1927, "Yaponiya arxeologiyası"). "Nihon rekişi kokoqaku" (1937, "Yaponiyanın tarixi arxeologiyası").

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya arxeoloqları Kateqoriya:Meyci Universitetinin müəllimləri Kateqoriya:XX əsrin arxeoloqları