Qəsr-Qədir () — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir.
Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C.
Əhali 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi. Kişilər əhalinin 51,67%-ni, qadınlar isə müvafiq olaraq 48,33%-ni təşkil edirdi. Qəsr-Qədir sakinlərinin 1,8%-i ali, 5%-i orta təhsilli idi.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri