Ruysat‎ () — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir.

Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir.

Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir.

İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8 °C, ən isti ay (iyul) 34,2 °C-dir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri