Vensan Kandela — Fransa futbolçusu.
Bioqrafiyası "Tuluza" və "Genqam"da bir neçə mövsüm keçirən fransız 1997-ci ildə ölkə xaricinə çıxmaq qərarına gəldi, nəticədə növbəti komandası "Roma" oldu. Romalıların heyətində ardıcıl səkkiz mövsüm, üstəgəl bununla üst-üstə düşən yığmaya çağırışlar (40 oyun, 5 qol) müdafiəçinin karyerasının zirvəsidir. Avropa və dünya çempionu titulları, eləcə də "skudetto" – oyunçuların böyük əksəriyyəti belə kolleksiyanı yalnız arzulaya bilər. Romadan sonra Vensan iki il ərzində dörd komandada – "Bolton", "Udineze", "Syena" və "Messina"da olub.
2006/07-ci illər mövsümü
Yəqin ki, Kandelanın ən pis mövsümü. Zəif "Syena" və "Messina"da çıxış etməklə o, heç əvvəlki etibarlılığına yaxınlaşa da bilmirdi. Bu azmış kimi Siciliya klubu "A" Seriyasını tərk etməli oldu.
Nailiyyətləri Dünya (1998) və Avropa çempionu (2000), İtaliya çempionu (2001) və Superkubokunun sahibi (2001).
Sentyabrın əvvəlində Kandela rəsmi şəkildə karyerasını bitirdiyini açıqladı: "Mənim vaxtım çatıb, yolu gənclərə verməyin zamanıdır. "Kalço" dəyişib. Texnika və taktika azalıb, fizika isə əksinə".
Həmçinin bax
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Bolton Uonderers FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Messina FK futbolçuları Kateqoriya:Siena FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Tuluza FK futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Udineze FK futbolçuları