Cüzeppe Pankoro (; 26 avqust 1971-ci il, Kozensa, İtaliya) — keçmiş İtaliya futbolçusu, müdafiəçi.
Həyatı Pankaronun karyerası beş titullu klubda çıxışından ibarətdir - "Torino" (1989-91, 2006-07), "Kalyari" (1992, 97) "Latsio" (1997-2003), "Milan" (2003-05) və "Fiorentina" (2005-06). Lakin o, yalnız Roma və Milanda titul qazanıb. Karyerasının zirvə nöqtəsi şübhəsiz ki, paytaxtdakı dövrünə təsadüf edir. 2000-ci ildə "canavarlar"ın "skudetto"nu qazanmasında Cuzeppenin rolu çox böyük idi. Həmin mövsümdə 28 oyunda meydana çıxan müdafiəçi rəqib qapılarına 3 dəfə yol tapa da bilmişdi.
2006/07-ci illər mövsümü Pankaro "Torino"da çıxış edərkən, demək olar ki, oyun praktikasından məhrum idi və cəmi 10 matç keçirmişdi. Özü də onun sonuncu görüşü fevralın 24-də fiasko ilə nətigələnən "Kyevo" ilə səfər qarşılaşması olub.
Nailiyyətləri İtaliya çempionu (2000, 2004), ölkə kuboku (1998, 2000) və Superkubokunun sahibi (1998, 2000, 2004), Kuboklar Kuboku (1999), Avropa Superkubokunun qalibi (1999, 2003).
Həmçinin bax
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri