Vağazin — Azərbaycan Respublikasının Laçın rayonunun Vağazin kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Vağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. 1933-cü ildə kənd Vağazin kimi qeydə alınmışdır. Oykonim vaqa (kömür) və zin (İran dillərində "di"-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, "kömürçü kəndi" mənasındadır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh.261.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vağazin kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Vağazin Laçın rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası və iqlimi Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində olan Vağazin kəndi təxminən rayon mərkəzindən 35 km şimal-qərbdə yerləşir. Kənd Kalafalıq çayının sahilində, Qarabağ silsiləsinin yamacındadır, Qırxqız dağının ətəyində yerləşir.

Əhalisi Kənd əhalisi milliyətcə türksoylu millət olan azərbaycanlılardan ibarətdir.Vağazin,Laçın,Azərbaycan

2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 1,098 nəfərdir.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri