Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmişdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri